Jurnalistlər məhkəmədə müşahidə aparan zaman təzyiqə məruz qalıb

Oktyabrın 28-də Sabunçu Rayon Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırovun  məhkəmə iclası keçirilib. Ancaq məhkəmə zamanı  qalmaqal baş verib.  Jurnalistlər və məhkəməni müşahidə etmək istəyən şəxslər məhkəmə zalına buraxılmayıblar. Məhkəmə həyətində gözləyən jurnalistlərə də  bir sıra təzyiqlər edilib. Məhkəmənin həyətində çəkiliş aparan “Azadlıq Radiosunun” əməkdaşı Turxan Kərimova mülki geyimli polislər hücum edərək əlində olan kameranı almağa cəhd etmişlər. Onlar sadəcə polis vəsiqələrini göstəriblər və vəsiqədən onların nə adlarının oxunmasına, nə də haradan gəldiklərinə baxmaq mümkün olmayıb. Onlar T.Kərimovun qolunu buraraq məhkəmə həyətindən çölə çıxardıblar. Bundan başqa “Azadxəbər.net” saytının əməkdaşı Fərqanə Novruzovaya da təzyiqlər edilmişdir. Onun da kamerasını almağa cəhd etmişlər. Lakin o kamerasını vermədikdə yerə yıxılıb. Daha sonra “islamazeri.az” saytının müxbiri İlkin Hüseynliyə də təzyiqlər edilmişdir. O mobil telefonu vasitəsilə məhkəmə də olan qarşıdurmanı çəkməyə çalışdığı zaman onu polislər tutaraq post patrul maşınına midiriblər və telefonu verməkdən imtina etdiyi üçün  mədəsinə yumruq vurublar. Cibindən mobil telefonu götürsələrdə kodda olduğu üçün geri qaytarıblar ki, kodu açsın və orda olanları silsinlər. Lakin bir şey tapmadıqları üçün telefon geri qaytarılıb. Onu polis idarəsinə aparmaq istəyiblər.  Lakin  polislər Hüseynlinin vəsiqəsinə baxdıqdan sonra buraxıblar. Bundan başqa məhkəmə binasında polis mayoru onun qolundan tutaraq get işinlə məşqul ol deyərək kənara itələyib və təhqirlə danışıb.

Vəkil Cavad Cavadovun bildirdiyinə görə  məhkəmə zamanı  müşahidə aparan 24 nəfər  saxlanılıb və polis bölməsinə aparılıb.

Onu da əlavə edək ki,  bu gün Ağır Cinayətlər Məhkəməsində Gülər Əhmədovanın məhkəməsinə də jurnalistləri buraxmayıblar.   Jurnalistlərin etdikləri etirazlardan sonra  telefonları,  kameraları, vəsiqələri siyahıya salınıb və sonra  məhkəmə zalına  hissə-hissə  buraxılıb.

Previous Post

Həbsdə olan jurnalist Fuad Hüseynov hospitala yerləşdirilib

Next Post

Dövlət ittihamçısı bloggerə 10 il cəza istədi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.