Bu gün (18 fevral) 1 saylı Bakı Yerli İqtisad Məhkəməsində hakim Tahirə Əsədovanın sədrliyi ilə "Azərbaycanfilm" Kinostudiyası və “Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyinin, İctimai Televiziya və Radio yayımları Şirkətinə (İTV) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.
Məhkəmədə ilk çıxış edən iddiaçı tərəfin vəkil Əkbər Bağırov, “İTV” nin qaldırdığı iddia ərizəsində qeyd edilmiş “İTV Azərbaycan filimlərini yayımlamayıb” fikirləri ilə razılaşmadığını bildirdi və “SİAR” marketinq araşdırmalar mərkəzinin Azərbaycan televiziyalarında yayımlanan aidio-vizual materiallarla bağlı apardığı monitorinqin nəticələrini hakimə təqdim etdi. Nəticələrdə İTV -nin yayımladığı Azərbaycan filmlərinin siyahısı göstərilib. Ə. Bağırıv onu da bildirdi ki, “İTV” nin “Azərbaycanfilm” Kinostudiyasına olan borclarının miqdarı iki dəfə yaxın azaldılıb.
Daha sonra çıxış edən cavabdeh tərəfin vəkil Cavid Aliyev “İTV” nin müqavilə bağlamağa hazır olduğunu lakin borcları vermək niyyətində olmadığını bildirib.
Hakim növbəti məhkəmə prosesində iddiaçı tərəfdən 1956-1964, 1964-1996-cı illərdə çəkilən filmləri ayı-ayrı siyahılaşdıraraq məhkəməyə təqdim etmələrini istədi və prosesi 24 fevral saat 16.00-a qədər təxirə saldı.