HƏYAT YOLDAŞI MİRZƏ SAKİTƏ BAŞ ÇƏKİB

Bu gün (18 fevral) Rəna Zahidova, 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən  həyat yoldaşı, "Azadlıq" qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitə (Sakit Zahidov) baş çəkib.

Bu xəbəri Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstituna (RATİ) verən R. Zahidova onu da bildirib ki, M. Sakitin saxlanma şəraitindən və ona olan münasibətdən heç bir narazılığı yoxdur.
Xatırladaq ki, M. Sakit  2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub  və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

“İTV” MÜQAVİLƏ BAĞLAMAĞA RAZIDIR

Next Post

FOTOMÜXBİR ELXAN KƏRİMOVUN SƏRGİSİ KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.