İCTİMAİ BİRLİK SƏDRİ NAZİRLİKLƏ BARIŞDI

“Azad İqtisadiyyata Yardım Mərkəzi”nin rəhbəri Zöhrab İsmayılın (İsmayılov) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) qarış qaldırdığı iddiaya əsasən Bakı Apelllyasiya Məhkəməsinin hakimi İlqar Dəmirovun icraatında olan məhkəmə prosesi tərəflərin barışması ilə nəticələnib.

Xəbəri bu gün (18 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Z.İsmayılın nümayəndəsi Fariz Namazlı verib. O ƏƏSMN-nin onlara təqdim etdiyi barışıq sazişi ilə razılaşdıqlarını və barışıq əldə olunduğunu bildirib.

Qeyd edək ki, 17 fevral tarixində keçirilən prosesdə ƏƏSMN-nin nümayəndəsi Qəmbər İbrahimov iddiaçı tərəfə barışıq sazışi və Z.İsmayılın nazirliyə göndərdiyi informasiya sorğusunda soruşulan suallara cavablarını təqdim etmişdi

Xatırladaq ki Z. İsmayıl informasiya sorğusunu cavablandırmaqdan imtinanın qanunsuz hesab olunması və 8 yanvar 2009 tarixli informasiya sorğusuna cavab verilməsini ƏƏSMN üzərinə vəzifə kimi qoyulmasına dair qətnamə qəbul edilməsi ilə bağlı iddia qaldırmışdı.

Previous Post

QƏNİMƏT ZAHİD AZADLIĞA BURAXILDI

Next Post

QƏNİMƏT ZAHİD AZADLIĞA ÇIXDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.