QƏNİMƏT ZAHİD AZADLIĞA ÇIXDI

Bu gün (18 mart) səhər “Azadlıq” qəzetinin baş  redaktoru Qənimət Zahid Penintesiar Xidmətin Müalicə Müəssisəsindən azadlığa buraxılıb. Baş redaktor Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bildirib ki, müalicə olunduqdan sonra iş başına qayıdacaq.

Bununla bağlı kollektivlə məsləhətləşəndən sonra qərar verəcəyini qeyd edən Q. Zahid əgər zərurət olarsa müalicə olunmadan işə başlayacağını bildirib.
Xatırladaq ki, Qənimət Zahid ( Zahidov) CM- nin 127.2.3 ( xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma ) maddəsi ilə  ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumilikdə, 4 il müddətində  azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, Qənimət Zahid (Zahidov) dünən (17 mart) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla əfv edilib.
“Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

 
Previous Post

İCTİMAİ BİRLİK SƏDRİ NAZİRLİKLƏ BARIŞDI

Next Post

JURNALİSTLƏRİ MÜDAFİƏ KOMİTƏSİ EYNULLA FƏTULLAYEVİN AİLƏSİNİN HƏDƏLƏNMƏSİ İLƏ BAĞLI BƏYANAT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.