MÜXALİFƏT QƏZETİNİN NƏŞRİ BƏRPA OLUNDU

 “Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirlinin RATİ-yə göndərdiyi  press-relizdə verilən məlumata görə, "Müxalifət" qəzeti apreldən başlayaraq öz nəşrini bərpa edəcək.

Qəzet keçən ilin mayından, Kəbirli və "Müxalifət"in redaktoru Yaşar Ağazadənin prezidentin əmisi, deputat Cəlal Əliyevin irəli sürdüyü böhtan və şər ittihamı ilə həbsindən sonra öz fəaliyyətini dayandırmışdı. Amma hər iki jurnalist 2007-ci il dekabrın 27-də prezidentin əfv fərmanı ilə azadlığa buraxılmışdır. Press-relizdə bildirilir: "Qəzet əvvəllərdə olduğu kimi həftədə bir dəfə nəşr olunacaq. Qəzetin işçi heyətində heç bir dəyişiklik yoxdur. İş dayanan müddətdə heç bir işçi öz yerini tərk etməmişdir."

Previous Post

Picket of journalists on Kelbajar occupation issue

Next Post

“XURAL”IN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLI BİR DAHA MƏHKƏMƏYƏ VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.