“AZADLIQ” RADİOSUNUN BAKI BÜROSUNUN RƏHBƏRİ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB

Bu gün (06 aprel) “Azadlıq” radiosunun Azərbaycan xidmətinin Bakı bürosunun rəhbəri Xədicə İsmayılova bu gün Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb.

Bu barədə “Turan” informasiya agentliyinə məlumat verən Xədicə İsmayılova bildirib ki, vəkil Aslan İsmayılovla birlikdə MTN-də olarkən, ondan həbsdə olan “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan”  qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açıqlamaları barədə izahat alınıb.
Qeyd edək ki, Eynulla Fətullayev bir ay əvvəl 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN-in yüksək səviyyəli məmurlarının əli olduğunu bildirib. Bir müddət əvvəl “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü, “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, “Millətim” qəzetinin baş redaktoru Fərəməz Novruzoğlu onun bu açıqlamalarının yayılması ilə bağlı MTN-ə çağırılmışdılar. Həmçinin Eynulla Fətullayevin vəkili Elçin Sadıqov da MTN-ə çağırılmış, lakin vəkil qanunvericiliyi əsas gətirərək, izahat verməkdən imtina etmişdi.

Previous Post

MƏTBUATI MÜDAFİƏ KOMİTƏSİ DƏYİRMİ MASA TƏŞKİL EDİB

Next Post

TƏLƏBƏ-JURNALİSTİN İDDİASI TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.