TƏLƏBƏ-JURNALİSTİN İDDİASI TƏMİN EDİLMƏDİ

Dünən (5 aprel) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş Elmin Bədəlovun ADNA-ya və rektor Siyavuş Qarayevə qarşı iddiasına əsasən məhkəmə məhkəmə prosesi keçirilib.

Prosesdə iddiaçı Elmin Bədəlov və onun nümayəndəsi Fariz Namazlı, cavabdehlərdən isə “Neft-mexanika” fakultəsinin dekanı Qasım Məmmədov və Siyavuş Qarayevin vəkili İlqar Cavadov iştirak edib.
Hakim tərəfləri dinlədikdən sonra iddianın təmin edilməməsi ilə bağlı qərar qəbul edib.


Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında
“Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı  məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək,  pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi.

Previous Post

“AZADLIQ” RADİOSUNUN BAKI BÜROSUNUN RƏHBƏRİ MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİNƏ ÇAĞIRILIB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.