Jurnalist bildirib ki, naməlum şəxslər yuxarıda adı çəkilən müəssisənin texnikasını və istehsal etdiyi məhsulları zəbt edir, daşıyırlar. Çəkiliş aparmaq istəyən jurnalist də zorakılıqla üzləşib
Belə ki, iyulun 14-dən “Ataxan Dəmir Sənaye” Türkiyə-Azərbaycan birgə müəssisəsinə naməlum şəxslər basqın etməyə başlayıblar. Bu haqda “Azadlıq” radiosuna müəssisənin payçılarından biri, sabiq deputat Nazim Məmmədov məlumat verib: «Hücum edənlər mülki geyimdə olublar. Onlar müəssisə rəhbərliyindən işi dayandırmağı tələb ediblər. Həmin şəxslər özlərini “Baku Steel Company”nin sahibi Rasim Məmmədovun adamları kimi təqdim ediblər”.