Bir neçə gündür ki, “Azadlıq” radiosunun əməkdaşı Yafəz Əkrəmoğlu hədə mesajları və zəngləri alır. Bu barədə jurnalistin özü məlumat verib. Onun sözlərinə görə, mobil telefonuna 055 964 72 95 nömrəsindən təhqir dolu hədə və şantaj mesajları gəlir. Bundan əvvəl isə müxtəlif nömrələrdən hədə zəngləri alıb.
”Mesajlarda da məndən susmağım tələb olunur. Yəni, jurnalist araşdırmalarımı dayandırmağımı istəyirlər. Əks halda məni şok şantaj gözlədiyini yazırlar. Şantajın nədən ibarət olduğu haqda məlumat verilmir”, – deyə qeyd edən Y.Əkrəmoğlu onu hansısa şantaj və ya hədənin qorxutmadığın da qeyd edir.
”Bu cür alçaq üsullarla məni susdura bilməyəcəklərini özləri də gözəl başa düşürlər.
Bunu edənlər boğaza qədər çirkab içində boğulanlardı. Qorxurlar ki, bulaşdıqları çirkab üzə çıxacaq”, – deyə jurnalist bildirir.