Azadlıq qəzetinin bank hesabına həbs qoyulur

1

“Azadlıq” qəzetinin bank hesabına yenidən həbs qoyulacaq. Bu barədə bu gün (08 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev məlumat verib.  Rahim Hacıyev bildirdi ki, artıq bu barədə aprelin 5-də qəzetin redaksiyasına Yasamal rayon İcra Şöbəsindən redaksiyaya bildiriş daxil olub.

“Bildirişdə qeyd olunur ki, qəzet 10 gün müddətində qərarı icra etməlidir. Bu müddət keçdikdən sonra icra məcburi qaydada təmin ediləcək. Bu isə deməkdir ki, hər dəfə olduğu kimi bu dəfə də qəzetin bank hesabına həbs qoyulacaq”, – deyə Hacıyev qeyd edib.

R. Hacıyev onu da əlavə etdi ki, biz bu məsələ ilə bağlı lazımi  hüquqi addımları atacağıq.

Xatırladaq ki, “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında “ Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra, əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxarılmasını istəmişdi. Məhkəmə 13 iyun 2012-ci il tarixdə  “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat təzminat ödəməsi ilə bağlı qərar qəbul edib. Sentyabrın 13-də Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilən apellyasiya şikayətini təmin etməyib. Ali Məhkəmə 14 fevral 2013 tarixində kassasiya şikayətini təmin etməyib.

Previous Post

Azadlıq radiosunun Naxçıvan müxbiri şantaj edilir

Next Post

DİN jurnalistin işini araşdıracağını bildirir

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.