RADİO MÜSABİQƏSİ ÜZRƏ VERİLMİŞ ŞİKAYƏT AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLİB

25 noyabr 2010-cu il tarixində elan edilmiş 103.3 FM tezliyi üzrə  radio yayımı  müsabiqəsində iştirak etmiş “Obyektiv – Televiziya və Radio Yayım Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Emin Hüseynov, Mehman  Əliyev və  digər iddiaçı Rəsul Cəfərovun Milli Televiziya və  Radio Şurasına qarşı bir icraatda birləşdirilmiş iddiaları üzrə  şikayət    25 noyabr 2011-ci il    tarixində Avropa Məhkəməsinə göndərilib. 

Şikayətdə  Ərizəçilərin “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasının  10-cu maddəsində nəzərdə tutulan  İfadə etmək azadlığı hüququnun  pozuntusunun olduğu  qeyd edilib.  
    Şikayətçilər  Avropa Məhkəməsindən Azərbaycanda keçiriləcək 2013-cü il prezident seçkilərinə qədər işə prioritet qaydada baxılmasını xahiş ediblər və  bu müraciətə  beynəlxalq təşkilatların da qoşulması gözlənilir.
    Qeyd edək ki, Ərizəçilərin Avropa Məhkəməsində olan nümayəndəsi Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılıdır.
            Xatırladaq ki, Milli Televiziya və Radio Şurası  noyabrın 25-dən dekabrın 25-ə kimi 103.3 FM tezliyi üzrə radio yayımı üçün müsabiqə elan etmişdi. Müsabiqədə üç iddiaçı “Obyektiv-Televiziya və Radio Yayım Şirkəti”, “Golden Prince ” MMC və  fiziki şəxs Rəsul Cəfərov iştirak edib. Müsabiqənin qalibi isə “Golden Prince” MMC elan edilib. Müsabiqədə iştirak edən digər iddiaçılar qanunun tələbinə əsasən apellyasiya məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi və  Ali məhkəmə iddiaçıların şikayətini təmin etməyib.
            Qeyd edək ki, 2009-cu ilə qədər 103.3 tezliyində BBC radiostansiyası yayımlanırdı. Lakin 2010-cu il yanvarın 1-dən hökumət BBC-nin və eyni zamanda «Amerikanın səsi» və «Azadlıq» radiolarının yerli tezliklərdə yayımını dayandırıb.
           

Previous Post

ELEKTRON HÖKÜMƏT KORRUPSİYANI AZALDACAQMI

Next Post

CABBAR SAVALANLININ KASSASİYA ŞİKAYƏTİ TƏMİN OLUNMADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.