RƏFAEL HÜSEYNOVUN BAŞ REDAKTOR OLACAĞI BİLDİRİLİR

“Bizim Yol” qəzetinin bu günkü sayında gedən məlumata görə, millət vəkili Rəfael Hüseynovun “Azərbaycan” qəzetinin baş redaktoru təyin olunacaq.

Redaksiyaya daxil olan məlumatda bildirilir ki, R.Hüseynovun qəzet rəhbərliyinə gətirilməsi ilə bağlı siyasi qərar artıq verilib. Bununla yanaşı məlumatda qərarın Prezident İcra Aparatında qəbul olunduğu və hətta R.Hüseynovun Prezident İcra Aparatına çağırıldığı da vurğulanıb. Məsələ ilə bağlı “Bizim Yol” qəzeti R.Hüseynovla əlaqə saxlamağa çalışsa da, deputat sualı eşidən kimi dəstəyi asıb.
Previous Post

MÜŞVİQ HÜSEYNOVUN İŞİ ÜZRƏ HAZIRLIQ İCLASI KEÇİRİLİB

Next Post

JURNALİSTLƏR MÜKAFATLANDIRILDI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.