RAMİZ MEHDİYEVİN BRİTANİYADA 90 NƏFƏR JURNALİSTİN HƏBSDƏ OLMASI FİKRİ KƏSKİN ETİRAZA SƏBƏB OLDU

“Mətbuat azadlığı demokratiyanın ən vacib prinsiplərindən biridir”.

Bu sözləri Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Cim Mörfi, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevin “Böyük Britaniyada 90 nəfər jurnalist həbsdədir” fikrinə münasibət bildirərkən söyləyib.

          C.Mörfi R.Mehdiyevin fikirlərini əsasız adlandırıb: “Mən qürurla deyirəm ki, bizdə həbsdə olan jurnalist yoxdur. Sabah da olmayacaq”, – deyə Mörfi bildirib.
           “Sərhədsiz Reportyorlar” isə Ramiz Mehdiyevin may ayının 7-də etdiyi çıxışda təşkilatın hesabatlarını əsassız adlandırmasına cavab verib. Belə ki, təşkilat Mehdiyevin çıxışını qəbul olunmaz hesab edir. “Təşkilatın hesabatları faktlara əsaslanır. Həbsdə olan 3 jurnalist məhz hökuməti tənqid etdiyinə görə həbsdədir”,  – deyə “Sərhədsiz Reportyorlar” qeyd edir.

Previous Post

ƏLİ HƏSƏNOV RAMİZ MEHDİYEVİ MÜDAFİƏ ETMƏYƏ ÇALIŞIB

Next Post

Court Hearing for Election Monitoring Center

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.