Rauf Mirkadirov decry denial of his access to lawyer in Turkey

Vəkil Elmar Süleymanov iyunun 10-da MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirova baş çəkib. Jurnalist saxlanma şəraiti və səhhəti ilə bağlı heç bir problem olmadığını bildirib. Bununla belə, o, dünənki məhkəmənin onun yanına notarius buraxılmamasından verdiyi şikayəti təmin etməməsinə qəzəblənib.

Mirqədirov vəkili vasitəsilə bəyanat yayıb.

Rauf Mirqədirov bildirir ki, onu Türkiyədə vəkil xidmətlərindən istifadə hüququndan məhrum edən qərar Avropa Şurasının coğrafi məkanında görünməmiş bir hadisədir.

 “Nəzərinizə çatdırmaq istərdim ki, prokurorluq və mənim məhkəmə iclasında iştirakımı təmin etməkdən boyun qaçıran hakim bu qərarı Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi və prezident İlham Əliyevin Strasburqa Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün səfəri ərəfəsində verib”, deyə Mirqədirov bildirib.

Rauf Mirqədirov bəyanatında deyir ki, “prokurorluğun və hakimin bu qərarı və hərəkətləri Azərbaycanın milli dövlət maraqları baxımından araşdırılmalı və layiqincə dəyərləndirilməlidir”.

Xatırladaq ki, “Zerkalo” qəzetinin müxbiri olan Rauf Mirqədirov aprelin 19-da 2010-cu ildən bəri yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub.  Jurnalist Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilir və Nəsimi Rayon Məhkəməsi Rauf Mirqədirov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Previous Post

Court dismisses journalist Mirkadirov’s complaint against denial of access to notary

Next Post

Ali Məhkəmə Hilal Məmmədovun şikayətini qismən təmin edib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.