“AZADLIQ” QƏZETİ İLƏ “AZƏRBAYCAN” NƏŞRİYYATI ARASINDA RAZILIQ ƏLDƏ OLUNUB

Bu gün (03 avqust) “Azadlıq” qəzetinin borcu ilə əlaqədar “Azərbaycan” nəşriyyatı ilə qəzet arasında yaranmış problem danışıqlar yolu ilə həll edilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin baş redaktoru Qənimət Zahid məlumat verib.  O qeyd edib ki, nəşriyyatın rəhbərliyi qəzet əməkdaşlarının nəşriyyatın binasında yerləşən redaksiyaya buraxılmasına razılıq verib.
Qənimət Zahid avqustun 4-də qəzetin növbəti sayı ilə oxucularının görüşünə gələcəyini vurğuladı.

Xatırladaq ki, dünən (02 avqust) nəşriyyat rəhbərliyinin tapşırığına əsasən mühafizəçilər “Azadlıq” qəzetinin əməkdaşlarının “Azərbaycan” Nəşriyyatına buraxmamışdılar. Buna səbəb kimi qəzetin nəşriyyata borcunun ödənilməməsi göstərilmişdi. Nəticədə əməkdaşlar redaksiyaya buraxılmadığı üçün “Azadlıq” qəzeti avqustun 3-də çap olunmayıb.

Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən fəaliyyət göstərir və gündəlik çap olunur.

Previous Post

“XURAL” QƏZETİNİN BAŞ REDAKTORU ƏVƏZ ZEYNALLI MƏTBUAT KONFRANSI KEÇİRİB

Next Post

XURAL QƏZETİ VƏ QƏZETİN BAŞ REDAKTORUNA QARŞI DÖRD MƏHKƏMƏ İDDİASI VAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.