“REFERENDUM KİV-İN DƏ FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRMAĞA YÖNƏLİB”

Bu gün (09 yanvar) “Azadlıq” bloku və “Azərbaycan Naminə” İctimai Forumun təşəbbüsü ilə müxalifət partiyaları və QHT rəhbərləri mart ayının 18-nə təyin olunmuş referendumla bağlı tədbir keçirdi.

Tədbirdə çıxış edən AXCP sədri Əli Kərimli bildirdi ki, “Azadlıq” bloku Azərbaycan müxalifətinin 18 martda keçiriləcək referendumda “Respublika Uğrunda Hərəkat” adlı təşviqat qrupunda birləşməsi üçün sənəd hazırlayıb. Əli Kərimli bildirdi ki, bu referendum prezdentin iki dəfədən artıq seçilməsinə qoyulan məhdudiyyəti aradan qaldırmaqla yanaşı, həm də müstəqil medianın fəaliyyətini məhdudlaşdırmağa yönəldilib. O, bütün tədbir iştirakçılarına bu təşviqat qrupunda birləşməyi təklif etdi.
Çıxış edənlərdən ADP sədri Sərdar Cəlaloğlu, Ümid partiyasının sədri İqbal Ağazadə, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da bu təkliflə razı olduqlarını bildirdilər. Müsavat Partiyasının başqanı İsa Qəmbər də birgə fəaliyyətlə bağlı məsələ ilə razılaşsa da, vahid təşviqat qrupunun əleyhinə çıxdı.
Daha sonra müzakirələr jurnalistlərin iştirakı olmadan davam etdirildi. Nəticə ilə bağlı jurnalistlərə Sülh və Demokratiya İnstitutunun direktoru leyla Yunus məlumat verərək bildirdi  ki, tədbir iştirakçıları “Qarabağ və Demokratik Respublika Uğrunda Vətəndaş Hərəkatının” yaradılması haqqında qərar qəbul ediblər: “Mən bu hərəkatın koordinasiya şurasının sədri seçildim. Hərəkatın tərkibində bir, yaxud bir neçə təşviqat qrupunun yaradılması məsələsi yanvarın 13-nə qədər dəqiqləşdiriləcək”.

Previous Post

“AVROPA +” RADİOSU MƏHKƏMƏYƏ VERİLDİ

Next Post

“REFERENDUM KİV-İN DƏ FƏALİYYƏTİNİ MƏHDUDLAŞDIRMAĞA YÖNƏLİB”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.