Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) “Avropa+” radiosunu məhkəməyə verib. Bu xəbəri RATİ-yə MTRŞ sədrinin köməkçisi Toğrul Məmmədov verib.
Onun sözlərinə görə, İqtisad Məhkəməsində baxılacaq iddianın tələbi ilə radiostansiyaya yerli radio kimi verilmiş lisenziyaya xitam veilməlidir.
Xatırladaq ki, MTRŞ-nin 30 dekabr 2008-ci il tarixli qərarına əsasən yanvar ayının 1-dən etibarən Azərbaycanda 3 xarici radiostansiya – “Azadlıq”, “Amerikanın səsi”, “BBC” və yerli radio olan “Avropa +”un FM tezliyində yayımı dayandırılıb.
Qeyd edək ki, məsələ ilə bağlı “Avropa +” radiosu rəhbərliyinin də münasibətini öyrənməyə cəhd etdik. Amma fəaliyyəti dayanmış radiostansiyanın heç bir nümayəndəsi ilə əlaqə yaratmaq mümkün olmadı.