QOHUMU MÜŞFİQ HÜSEYNOVLA GÖRÜŞÜB

18 aprel qohumu Cavidan Hüseynov “Bizim Yol” qəzetinin şöbə redaktoru Müşfiq  Hüseynovla cəza çəkdiyi 2 saylı cəzaçəkmə müəssisəsində görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən Cavidan Hüseynov M.Hüseynovun səhhətindən və saxlanma şəraitindən şikayəti olmadığını bildirib.
C.Hüseynov onu da bildirib ki, görüş zamanı şöbə redaktoru İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov prezident İlham Əliyevə müraciət göndərməsi barədə yenidən öz narazıçılığını bildirib və bundan sonra bir hüquq müdafiəçisi kimi E. Behbudovla görüşmək istəmədiyini deyib.
mmQeyd edək ki, 13 aprel İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlamışdı.
Məktubda “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin həbsdən azad olunmasında göstərdiyi xüsusi səyə görə prezidentə dərin minnətdarlıq bildirmiş və bu kimi humanitar addımların davamlı olacağına inandığını və onun digər həbsdə saxlanılan jurnalistlərə, xüsusən də Eynulla Fətullayev və Qənimət Zahidə (Zahidov) şamil olunacağına ümid etdiyini bildirmişdi.
Xatırladaq ki, Müşfiq Hüseynov Cinayət Məcəlləsinin 311.1-ci maddəsi (rüşvət alma) ilə ittiham edilərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 21 yanvar 2008-ci il tarixində çıxardığı qərar ilə 6 il müddətinə azadlıqdan və 2 il müddətinə jurnalist fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin 04 aprel 2008-ci ildə çıxardığı qərara əsasən jurnalistin həbs müddəti bir il azaldılaraq, beş ilə endirilib.
Previous Post

“AZADLIQ” QƏZETİNİN MÜXBİRİNƏ QARŞI TƏZYİQ OLUB

Next Post

“YENİ MÜSAVAT” QƏZETİ ŞANTAJ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.