İCRA HAKİMİYYƏTİ PEYK ANTENNALARININ KƏSİLMƏSİNİ TƏSDİQLƏDİ

RATİ-nin ofisinin də yerləşdiyi Bakı şəhəri Rəşid Behbudov küçəsi 8 ünvanında peyk antennalarının kəsilərək çıxardılması məsələsinin araşdırılması üçün bizim təşkilat Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.

Peyk antennalarını kəsən şəxslər sakinlərə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri olduqlarını bildirsələr də, heç bir sənəd təqdim etmirdilər. Müraciət araşdırılması üçün Səbail Rayon İcra Hakimiyyətinə göndərilmişdi. Səbail RİH-nin təsərrüfat şöbəsinin müdiri E. Yəhyayevin imzası ilə bizə daxil olan cavab məktubunda bildirilir ki, R. Behbudov küçəsi 8 ünvanında yerləşən binanın fasad və eyvanlarında əsaslı təmir-bərpa işləri aparıldığından sözügedən binanın fasadında heç bir icazə sənədi olmadan, özbaşına quraşdırılmış və binanın görünüşünə xələl gətirən böyük ölçülü antennalar demontaj edilmişdir. Sakinlərə bildirilmişdir ki, təmir işləri qurtardıqdan sonra iri həcmli antennaların binanın damında quraşdırılması məsələsinə baxıla bilər.
Previous Post

ELAN

Next Post

AQİL XƏLİL VƏSATƏT QALDIRIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.