AQİL XƏLİL VƏSATƏT QALDIRIB

“Azadlıq” qəzetinin döyülən əməkdaşı Aqil Xəlil RATİ-yə bildirib ki, o döyülməsi ilə bağlı vəkili Elçin Sadıqovla birgə vəsatət qaldırıb.

Vəsatətdə cinayət işinin açılıb-açılmaması ilə bağlı sənədlərin surətlərinin verilməsi, jurnalistin döyülməsinə dair videogörüntülərin və aldığı xəsarəti əks etdirən fotoların iş materiallarına əlavə olunması xahiş olunur. Jurnalistin sözlərinə görə, “bu gün vəsatəti yazılı surətdə təqdim etmək üçün polis bölməsinə getsəm də, bölmədə nə müstəntiq, nə rəis, nə də rəis müavini tapa bilmədim. Lakin axşam polis bölməsi ilə yenidən əlaqə saxlamağı planlaşdırıram,  ya bu gün, ya da sabah vəsatəti verəcəyəm”.
Previous Post

İCRA HAKİMİYYƏTİ PEYK ANTENNALARININ KƏSİLMƏSİNİ TƏSDİQLƏDİ

Next Post

VƏKİL BU HƏFTƏ ELMAR HÜSEYNOVUN İŞİNİ APARAN MÜSTƏNTİQLƏ GÖRÜŞƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.