BMT-NİN İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA HESABAT DİNLƏNİLİB

Bu gün (13 noyabr) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Mətbuat Mərkəzində BMT-nin İşgəncələr Əleyhinə Komitəsinin 43-cü sessiyasında Azərbaycanla bağlı hesabatla əlaqədar mətbuat konfransı keçirilib.

     Mətbuat konfransında çıxış edən RATİ sədri Emin Hüseynov bildirib ki, Azərbaycanla bağlı alternativ hesabat İnsan Hüquqları  Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan təşkilatlar tərəfindən  hazırlanıb və RATİ əməkdaşı R.Cəfərov tərəfindən sessiyada səsləndirilib.

      RATİ  əməkdaşı Rəsul Cəfərov  sessiyada iştirakına maddi və  texniki kömək etdiyinə görə Açıq Cəmiyyət İnstitutu Yardım Fonduna və İnsan Haqları Evinin Cenevrə ofisinə təşəkkür etdiyini bildirdi. O qeyd etdi ki, Azərbaycan hökuməti tərəfindən təqdim edilən 3-cü dövrü hesabat əsas məsələləri tam əhatə etmirdi. Buna görə də hökumətin təqdim etdiyi hesabatla bağlı xeyli suallar yarandı. Belə ki, hökumət nümayəndələrinə işgəncə faktları ilə bağlı hər hansı polis işçisinin cəzalandırılmaması, gənc bloqçuların tibbi yardım almaması, “Tolışi Sədo” qəzetinin mərhum baş redaktoru Novruzəli Məmmədova tibbi yardım göstərilməməsi və buna görə də onun həbsxanada ölməsi, Faina Kunqurovanın ölümü ilə bağlı verilən suallar cavabsız qaldı. Ombudsman İnstitutunun fəaliyyəti ilə bağlı suallar da tam cavablandırılmadı.

      Rəsul Cəfərov qeyd etdi ki, bütün bunlar Azərbaycanla bağlı ciddi tövsiyələrin verilməsi və qərarların qəbul olunması  ilə nəticələnəcək.

      Sessiyada iştirak edən Demokratik Təsisatlar və İnsan Haqları təşkilatının rəhbəri Elçin Abdullayev isə bəzi Vətəndaş Cəmiyyəti nümayəndələrinin Azərbaycanla bağlı hazırladıqları alternativ hesabatda həqiqətlərin əks olunmadığını bildirdi.

Previous Post

BEYNƏLXALQ İCTİMAİYYƏTİN GƏNC BLOQÇULAR EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİN HƏBSİNƏ ETİRAZI DAVAM EDİR

Next Post

AMNESTY İNTERNATİONAL EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİ VİCDAN MƏHBUSU KİMİ TANIYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.