AMNESTY İNTERNATİONAL EMİN MİLLİ VƏ ADNAN HACIZADƏNİ VİCDAN MƏHBUSU KİMİ TANIYIB

Həbs edilmiş gənc bloqçular Emin Milli (Abdullayev) və Adnan Hacızadə Amnesty International təşkilatı tərəfindən  Vicdan Məhbusu kimi tanınıblar.

Təşkilatının bəyanatında bildirilir ki, təşkilat Emin Abdullayev və Adnan Hacızadənin həbsinə səbəb olan hadisənin əvvəldən axıra qədər qərəzli şəkildə aparılmasından narahatdır.

     Amnesty International  inanır ki hər iki  gəncin  həbsi  Azərbaycanda etiraz  səslərinə qarşı davam edən qadağaların bir hissəsidir və onların törədə biləcəyi həqiqi cinayətə görə yox,  ifadə azadlığı hüququnun sülh yolu ilə həyata  keçirilməsi üçün hədəf olmuşdur.

     "Hər iki gəncə qarşı qaldırılmış  ittihamlar söz azadlığını  məhdudlaşdırmaq üçün irəli sürülüb və Azərbaycan hökumətinə qarşı  tənqidin qarşısının alınması üçün nəzərdə tutulub. Hər iki gənc dərhal və şərtsiz azad edilməlidir” – deyə, Amnesty International  təşkilatının Avropa və Mərkəzi Asiya Proqramının direktoru Nicola Ducküorth bildib.

    Xatırladaq ki, Emin Milli və Adnan Hacızadə 08 iyul tarixində  axşam saatlarında  dostları ilə Bakıda “Lebonese” (Livan) restoranında yemək yeyərkən qonşu masada onların söhbətini dinləyən idmançı görkəmli iki nəfər təxribatçı hücum edərək, Emin Milli və Adnan Hacızadəni döyərək, onlara xəsarət yetirib. Zərərçəkmiş şəxs qismində şikayət etmələrinə və xəsarət almalarına baxmayaraq, Səbail RPİ onlara xəsarət yetirənləri sərbəst buraxmış və döyülən gənclərin 48 saat müddətinə şübhəli şəxs qismində saxlanmasına qərar vermiş, iyulun 10-da isə Səbail rayon məhkəməsi “xuliqanlıq” maddəsi ilə təqsirləndirilən gənclər barəsində 2 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarıb.  İyulun 20-də  Apellyasiya məhkəməsi sözügedən qərarı qüvvədə saxlayıb. İstintaq gənclərə qarşı Cinayət Məcəlləsinin 221.1.2 (xuliqanlıq) və 127 (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddələri ilə ittiham irəli sürmüş və Səbail rayon məhkəməsi noyabrın 11-də Emin Millinin 2 il 6 ay, Adnan Hacızadənin isə 2 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
 

Previous Post

BMT-NİN İŞGƏNCƏLƏR ƏLEYHİNƏ KOMİTƏSİNDƏ AZƏRBAYCANLA HESABAT DİNLƏNİLİB

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ MEDİA HÜQUQU İNSTİTUTUNUN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.