SƏRHƏDSİZ REPORTYORLAR NAXÇIVANDAKI SON HADİSƏLƏRDƏN NARAHATDIR

    Sənəddə deyilir ki, 2012-ci ilin müsabiqəsinə gəlincə, o deyib ki, Avropa hökumətləri və parlamentləri yaxın bir neçə ayda Bakıya ciddi təsir göstərməlidir.

“Sərhədsiz reportyorlar” Naxçıvanda – Azərbaycanın muxtar respublikasında təhlükəsizlik xidməti əməkdaşlarının gəncin həbsdən sonrakı ölümünün və dindirilmək üçün MTN-ə çağırılmış daha dörd nəfərin yoxa çıxmasının səbəblərini araşdıran jurnalistləri təqib etməsindən sarsılıb.
“Demək olar ki, bütün informasiya mənbələrini ortadan aldırdıqdan sonra Naxçıvan təhlükəsizlik xidməti tamamilə cəzasızlıq şəraitində insan hüquqlarını ağlasığmaz şəkildə pozur”, – deyə bu mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.
“Bir neçə müstəqil jurnalist bölgədə güclü təzyiq altında işləyir. Vətəndaşın saxlandıqdan bir gün sonra həbsdə ölümü və daha dörd nəfərin yoxa çıxması İnsan Hüquqları Bəyannaməsini imzalamış və AŞ və ATƏT-in üzvü olan Azərbaycan hökuməti üçün sınaqdır.
Bakıdakı mərkəzi hakimiyyət Naxçıvan üzərində suverenliyini və beynəlxalq öhdəliklərinə hörmətini nümayiş etdirmək istəyirsə, bütün zorakı metodlardan istifadə edən bölgə hakimiyyətini dərhal cilovlamalıdır”, –  deyə bəyanatda bildirilir.
Jurnalistlər Turac Zeynalovun ölümünü araşdırmağa çalışdıqda təzyiqə məruz qalıblar. Jurnalistlər onun qohumları ilə söhbət edəndə MTN əməkdaşları onların kameralarını və diktofonlarını əllərindən almağa çalışıblar.
“Turan” İnformasiya  Agentliyinin jurnalisti Məlahət Nəsibova MTN zabitləri tərəfindən təhqir olunub və “xalq düşmənləri” ilə əməkdaşlıqda ittiham olunub. Bundan sonra o, dindirilmək üçün MTN-ə çağırılıb, amma getməkdən imtina edib. “Sərhədsiz Reportyorlar” onun təhlükəsizliyi ilə bağlı narahatlığını bildirir”, – deyə bəyanatda qeyd edilir.
Zeynalov avqustun 24-də MTN-ə çağırıldıqdan sonra geri qayıtmayıb. Qohumları növbəti gün nazirliyə gəliblər və onun öldüyünü öyrəniblər. Onun cəsədində, xüsusən başında və üzündə amansız döyülmə və işgəncə izləri var idi. Lakin MTN onun “xərçəng xəstəliyindən” öldüyünü bildirib.
Zeynalovun ailəsi ölüm səbəbi haqqında heç bir tibbi arayış almayıb və onların məlumat verilməsi haqqında bütün sorğuları hakimiyyət tərəfindən susqunluqla cavablandırılıb.

Previous Post

MÜXALİFƏTÇİLƏR İTTİHAM AKTINI QƏBUL ETMİR

Next Post

BƏXTİYAR HACIYEVİN İŞGƏNCƏYƏ MƏRUZ QALMAĞI BARƏDƏ VERDİYİ APELLYASİYA ŞİKAYƏT DƏ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.