BƏXTİYAR HACIYEVİN İŞGƏNCƏYƏ MƏRUZ QALMAĞI BARƏDƏ VERDİYİ APELLYASİYA ŞİKAYƏT DƏ TƏMİN EDİLMƏDİ

Bu gün (1 sentyabr ) Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin istintaq zamanı zorakılığa məruz qalmağı barədə Respublika Prokurorluğuna qarşı iddiası üzrə Səbail rayon  Məhkəməsinin 20 iyul 2011-ci il tarixli qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, məhkəmə prosesini müşahidə etməyə gələn çoxsaylı media nümayəndələrinə və gənc fəalın hüquqlarını müdafiə komitəsinin üzvlərinə prosesin qapalı keçiriləcəyi bildirilib və buna heç bir əsas göstərilməyib.
Məhkəmə iclası təyin olunduğu vaxtdan təxminən yarım saat gec, həm də  B. Hacıyevin vəkillərinin iştirakı olmadan başladı. Məhkəmədən sonra gənc fəalın qardaşı Vüqar Hacıyev RATİ-yə  bildirdi ki,  ona şikayətin təmin olunmamağı barədə məlumatı məhkəmənin nəzarət buraxılış məntəqəsində  veriblər.
Xatırladaq ki, Bəxtiyar Hacıyev barəsində cinayət işi yanvarın sonlarında açılıb. Elə həmin vaxt ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb. Fevralın əvvəllərində isə bu qətimkan tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub.
Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib.   18 may  2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi  gənc fəal Bəxtiyar Hacıyevin  Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək  2 il müddətinə azadlıqdan məhrum olunması  barədə hökm çıxarıb.
Hüquq müdafiə təşkilatları hesab edirlər ki,  2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal  facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub.
 

Previous Post

SƏRHƏDSİZ REPORTYORLAR NAXÇIVANDAKI SON HADİSƏLƏRDƏN NARAHATDIR

Next Post

“EUROVİSİON 2011” MÜSABİQƏSİNİN TƏŞKİLATÇILARI AZƏRBAYCAN HÖKUMƏTİNƏ XƏBƏRDARLIQ ETDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.