SƏRHƏDSİZ REPORTYORLAR TƏŞKİLATI JURNALİSTLƏRƏ QARŞI ZORAKILIĞI PİSLƏYİB

Dünən (29 aprel )Sərhədsiz Reportyorlar təşkilatı aprelin 26-da Bakıda keçirilmiş müxalifətin aksiyası zamanı bir neçə jurnalistin döyülməsini pisləyən bəyanat verib. Dünən (29 aprel )Sərhədsiz Reportyorlar təşkilatı aprelin 26-da Bakıda keçirilmiş müxalifətin aksiyası zamanı bir neçə jurnalistin döyülməsini pisləyən bəyanat verib.

“Sərhədsiz Reportyorlar təşkilatı polis tərəfindən edilən zorakılığı, xüsusilə də polis nəfəri tərəfindən vurulan və kamerası sındırılan Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun jurnalisti Mehman Hüseynova qarşı hücumu, həmçinin  bir neçə jurnalistin polis tərəfindən saxlanmasını pisləyib.
Xatırladaq ki, “Azadlıq” blokunun 26 aprel tarixində sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirilməsinə cəhd göstərdiyi aksiyada iştirakçılarla yanaşı jurnalistlər də təzyiqə məruz qalıblar.
 
Previous Post

ÜMUMDÜNYA MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

JURNALİSTLƏRİN MÜDAFİƏ KOMİTƏSİNİN AÇILMAMIŞ JURNALİST ÖLÜMLƏRİ SİYAHISINDA ELMAR HÜSEYNOVUN QƏTLİ D

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.