ÜMUMDÜNYA MƏTBUAT GÜNÜNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (30 aprel)  Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında 3 May Ümumdünya  Mətbuat Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan mətbuatının üzləşdiyi problemlər, xüsusən söz azadlığı, peşəkar etik normalar, eləcə də fiziki və psixi zorakılıqlara məruz qalan jurnalistlərin sayının kəskin şəkildə artması, mərhum jurnalist “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli və  redaksiyaların hazırkı  iqtisadi vəziyyəti geniş müzakirə mövzusu olub.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev çıxışında Azərbaycanda söz və mətbuat azadlığı sahəsində mövcud problemlərdən söz açaraq KİV-ə əsas zərbənin iqtisadi cəhətdən vurulduğunu və jurnalistlərin yaradıcı müstəqilliyinin məhz buna əsaslandığını qeyd edib. Buna misal olaraq çoxsaylı jurnalist həbslərini, hakimiyyətin azad mətbuata qarşı dözümsüz mövqedə olmasını vurğulayan M.Əliyev bu kimi halların profesional jurnalistikanın inkişafına ciddi əngəllər yaratdığını dedi. O, elektron KİV-in 100%-nin, veb-medianın 99%-nin hakimiyyətin və ya qeyri-leqal mənbələrin nəzarəti altında olduğunu deyərək,  çıxış yolunu demokratikləşmədə və  mövcud sistemin dəyişdirilməsində gördüyünü bildirdi.
Tədbirdə çıxış edən digər iştirakçılar – AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov, Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin (MMMİB) sədri Jalə Cəfərova, “Ümid Partiyası” sədrinin gənclərlə iş üzrə müavini Taleh Əliyev və başqaları söz azadlığının  azad cəmiyyətin əsas atributlarından biri olduğunu qeyd edərək, jurnalist peşəkarlığının  söz  azadlığının ayrılmaz hissəsi olduğunu vurğulayıblar.

Previous Post

AMIP-DƏ MƏTBUAT AZADLIĞI HAQQINDA DEBAT KEÇİRİLİB

Next Post

SƏRHƏDSİZ REPORTYORLAR TƏŞKİLATI JURNALİSTLƏRƏ QARŞI ZORAKILIĞI PİSLƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.