“SƏRHƏDSİZ REPORTYORLAR” SEÇKİLƏRLƏ BAĞLI APARDIĞI MEDİA MONİTORİNQİNİN NƏTİCƏLƏRİNİ AÇIQLADI

Bu gün (14 oktyabr) “Park İNN” oteldə  “Sərhədsiz Reportyorlar” təşkilatı 15 oktyabr prezident seçkilərinin təbliğat və təşfiqat dövrü ilə bağlı media üzərində apardığı monitorinqin ilk nəticələrini açıqladı.

Hesabat barədə məlumat verən müşahidə missiyasının rəhbəri Elena Çernyavskayanın sözlərinə görə, monitorinq telekanallardan –  “AzTV”, “İTV” və  “ANS”, radiolardan  Azərbaycan Dövlət radiosu və “İctimai” radionu, qəzetlərdən isə   “Respublika”, “Xalq”, “Azərbaycan”  və “Bakinskiy raboçiy” qəzetləri üzərində aparılıb.

Çernyavskayanın sözlərinə görə,  prezident seçkiləri dövründə media monitorinqi Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Seçki dövründə media plüralizminin müdafiəsi”  layihəsinin bir hissəsidir.

“Ödənişsiz proqramlardan və gündəlik qəzetlərdə ödənişsiz yer verilmə hallarından başqa elektorat onlara kömək edə biləcək siyasi seçim barədə ətraflı məlumat ala bilməyib”, – deyə qeyd edən Çernyavskayanın sözlərinə görə, “Sərhədsiz Reportyorlar”ın monitorinqi aparan komandası saat 15.00-dan 22.00-a qədər olan müddət ərzində telekanallarda və radioda xəbərlərə və xəbər törəməli verilişlərə, o cümlədən sosial və siyasi mövzulu tok-şoulara baxıblar, çap mediasında isə Azərbaycanla əlaqəsi olan xəbərləri əhatə edən bütün məqalələrin monitorinqini aparıblar:

     ”Komanda belə nəticəyə gəlmişdir ki, kampaniyanın son iki həftəsində fazi baxımından seçkilərə hazırlıq məsələlərinə həsr edilmiş məlumatlar artmışdır və az da olsa namizədlərin fəaliyyəti ilə bağlı xəbərlərə yer ayrılmışdır. Lakin media hələ də namizədlərin çıxışlarının analiz edilməsində, onlara müxtəlif sualların verilməsində və platformalarının müqayisə edilməsində iştirak etməmişdir. Seçkiləri boykot etmiş müxalifət partiyalarının işıqlandırılması isə çox zəif olmuşdur. MSK-nın təlimatlarında nəzərdə tutulan namizədlərə ödənişli vaxtın ayrılması imkanından çox az istifadə edilmişdir”.
     
Çernyavskayanın sözlərinə görə, telekanallarda hazırkı prezidentin işıqlandırılmasına həddən artıq vaxt ayrılıb. Məsələn, AzTV prezidentə efir vaxtının 44.14%-i ayırıb, həmin  vaxtın  68.84 % isə İlham Əliyevin  birbaşa çıxışı olub:
      
Daha sonra Çernyavskaya, habelə “Sərhədsiz Reportyorlar”ın Avropa və MDB ölkələri üzrə direktoru Elza Vidal jurnalistlərin suallarını cavablandırdı.

Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,detail/catid,145/id,1484/lang,az/

 

 

Previous Post

QƏNİMƏT ZAHİD XƏSTƏLİYİNİN FACİƏYƏ ÇEVRİLMƏSİNİN ƏLEYHİNƏDİR

Next Post

RATİ MEDİA ÜZƏRİNDƏ APARDIĞI MONİTORİNQLƏ BAĞLI İKİNCİ HESABATINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.