QƏNİMƏT ZAHİD XƏSTƏLİYİNİN FACİƏYƏ ÇEVRİLMƏSİNİN ƏLEYHİNƏDİR

Dünən  (13 oktyabr) Ayəndə Mürsəliyeva 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə  “Azadlıq” qəzetinə Mürsəliyevanın özü məlumat verib: “Qənimət Zahid revmatizm xəstəliyinin fəsadı olaraq ayaqlarındakı ağrılardan əziyyət çəkməkdə davam edir. Amma o istəmir ki, bu məsələ çox ictimailəşsin, faciəyə çevrilsin. Qənimət dedi ki, hamı bilsin ki, o, buna da dözər”.
Mürsəliyeva onu da bildirib ki, Zahid gününü mütaliyə ilə və ingilis dilini öyrənməklə keçirir.

Bu gün (14 oktyabr) Ali Məhkəmədə hakim Tapdıq Mahmudovun sədirliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlilə xəsarət yetirmiş Serqey Strekalinin Apelyasitya məhkəməsində şikayyət ərizəsinə baxılıb.  Aqil Xəlilinin vəkili Elcin Saqdıqovun “Turan” informasiya aqentliyinə  verdiyi məlumatına görə şikayyət ərizəsi Apelyasiya məhkəməsinin cıxardığı qərarla bağlı verilib. Qərarda bildirilib ki, proses məhkəmmə istintaqı olmadan kecirilməlidir. Bu qərar Apelyasiya məhkəməsinin hazırlıq iclasında verilmişdir.

Previous Post

EYNULLA FƏTULLAYEV CƏRİMƏ KAMERASINDAN ÇIXARILDI

Next Post

“SƏRHƏDSİZ REPORTYORLAR” SEÇKİLƏRLƏ BAĞLI APARDIĞI MEDİA MONİTORİNQİNİN NƏTİCƏLƏRİNİ AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.