SORĞUNUN CAVABLANDIRILMASI YUBANIR

“Gündəlik Azərbaycan” qəzetinin əməkdaşı Üzeyir Cəfərov RATİ-yə bildirib ki,   ona gələn anonim zənglərlə bağlı bu gün yenidən polis bölməsində olub.

Bölmədən jurnalistə bildiriblər ki, “Azercell”-dən sorğuya cavab gəlmədiyi üçün iş yubanır. Cəfərov qeyd edib ki, polis bölməsindən “Azercell”-ə göndərilən məktubun nömrəsini öyrənə bilib. Jurnalist bundan sonra “Azercell”-ə zəng vurub və polisdən göndərilən məktubun cavablandırılmamasının səbəbilə maraqlanıb. Şirkətdən isə deyiblər ki, sabaha kimi bu məsələ ilə əlaqədar jurnalisitin müraciətini cavablandırmağa çalışacaqlar. 
Previous Post

MTRŞ-NIN DÖVLƏT ORQANLARI SIRASINDAKI KATEQORİYASI DƏYİŞDİRİLİB

Next Post

ZAHİDOVUN MƏHKƏMƏSİNDƏ ŞAHİDLƏR DİNLƏNİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.