“RESPUBLİKA” QƏZETİ 5 GÜNDÜR ÇAP OLUNMUR

“Respublika” qəzeti oktyabrın 7-dən etibarən çap olunmur. Baş redaktor Teymur Əhmədov mətbuata qəzetin çapının dayanmasına səbəb kimi  kağızın tükənməsi, yayım firmalarının redaksiyaya borclu qalmasını göstərsə də, qəzetin bağlanması üçün gözəgörünməz qüvvələrin maraqlı olmasını da diqqətə çatdırıb.

Baş  redaktor “Mediaforum” saytına açıqlamasında vurğulayıb ki, “Respublika” dövlət qəzeti kimi tanınsa da, dövlətdən nəsə almır və qəzet abunə hesabına dərc olunur. “Yayım firmaları pulumuzu vaxtında vermədiyinə görə, maliyyə problemi yaranıb. Təkcə “Azərmətbuatyayım”ın qəzetimizə  46 min manat borcu var” – deyən T.Əhmədov əlavə edib ki,  hazırda mətbuat yayımı qurumları ilə danışıqlar aparılır və  borcları alan kimi qəzetin nəşri bərpa ediləcək.
      Qeyd edək ki, “Respublika” qəzetinin təsisçisi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsidir.
 
 
Previous Post

ELAN!

Next Post

RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ HƏBS EDİLƏN SAHİBKAR AZAD EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.