RUHİ XƏSTƏLİKLƏR DİSPANSERİNƏ HƏBS EDİLƏN SAHİBKAR AZAD EDİLDİ

Sentyabrın 11-dən polis tərəfindən Ruhi Xəstəliklər Dispanserinə yerləşdirilən Naxçıvan şəhər sakini, 57 yaşlı kiçik sahibkar Məhəmməd Qurbanov 29 gündən sonra – oktyabrın 10-da – “Beynəlxalq Psixi Sağlamlıq” günündə evə buraxılıb.

Bu məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı müxbirinə M. Qurbanovun özü verib: “Səhhətimdə heç bir problem yoxdur. Dispanserdə mən qəti müalicə olunmamışam, çünki buna ehtiyac da olmayıb”.  
Xatırladaq ki, Naxçıvan şəhər sakini, kiçik sahibkar, 57 yaşlı 2-ci qrup əlil Məhəmməd Qurbanov Sədərək gömrük-keçid  məntəqəsindəki rüşvətxorluq halları, məntəqənin işindəki nöqsanlar barədə mətbuata açıqlama verməsi və bununla bağlı yuxarı instansiyalara, dövlət qurumlarına şikayət etməsinə  görə Muxtar Respublika Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində yerləşən Ruhi Xəstəliklər Dispanserinə yatırılmışdı.
Previous Post

“RESPUBLİKA” QƏZETİ 5 GÜNDÜR ÇAP OLUNMUR

Next Post

MEDİA HÜQUQU İNSTİTUTU MƏTBUATIN ACINACAQLI DURUMU İLƏ BAĞLI MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.