RATİ-NİN NAXÇIVAN ÜZRƏ İNTERNET SƏHİFƏSİNƏ MƏHDUDİYYƏT QOYULUB

Bu ilin mart ayının 19-dan etibarən Reportyorların Azadlıq və  Təhlükəsizlik İnstitutunun Naxçıvan üzrə www.nakhchivan.org.az   veb səhifəsinə Muxtar Respublikanın (MR) bütün ərazisindən giriş məhdudlaşdırılıb. MR-də saytı izləmək üçün 100 kb-dan yüksək sürətli internet lazımdır. Naxçıvanda isə hazırda internetin sürəti 50 kb-dan yüksək deyil. Əvvəllər isə bu sürətlə www.nakhchivan.org.az  veb səhifəsinə daxil olmaq mümkün olurdu.

 İnternet səhifəsinə daxil olarkən səhifəyə “Naxinternet”  provayderi tərəfindən məhdudiyyət qoyulduğu göstərilsə də, Naxçıvan MR Rabitə və İnformassiya Texnologiyaları Nazirliyinin İnternet şöbəsi bunu təkzib edir. Onlar bunu internetin sürətinin zəif olması ilə əlaqələndirirlər.
  Qeyd edək ki, Muxtar Respublikada müstəqil və müxalifətyönlü mətbuat orqanlarının veb səhifələrinə məhdudiyyət qoyulması halları tez-tez müşahidə olunur. Belə ki,  2008-ci ilin may-iyun aylarında “Yeni Müsavat” və “Bizim yol” qəzetlərinin, 15 iyun 2008ci il tarixdən 20 noyabr 2008-ci il tarixə qədər  isə “Azadlıq” Radiosunun www.nakhchivan.org.az və RATİ-nin www.nakhchivan.org.az sayıtına “Naxinternet” provoyderi tərəfindən məhdudiyyət qoyulmuşdu.
Previous Post

EMİN MİLLİ və ADNAN HACIZADƏ HƏBS OLUNMASI İLƏ ƏLAQƏDAR KEÇİRİLMİŞ MƏTBUAT KONFRANSI

Next Post

QƏNİMƏT ZAHİD GƏNC FƏALLARIN HƏBSİNİ SÖZ AZADLIĞINA TƏZYİQ KİMİ QİYMƏTLƏNDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.