QƏNİMƏT ZAHİD GƏNC FƏALLARIN HƏBSİNİ SÖZ AZADLIĞINA TƏZYİQ KİMİ QİYMƏTLƏNDİRİB

Dünən (13 iyul) Ayəndə Mürsəliyeva  17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət  Zahidlə (Zahidov) görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) A.Mürsəliyevanın  özü məlumat verib. 

  O,  baş redaktorun səhhətinin normal olduğunu və saxlanma şəraitindən şikayət etmədiyini bildirib.
  A. Mürsəliyeva onu da bildirdi ki, ərəb dilini normal mənimsəyən həyat yoldaşı vaxtaşırı “Quran” kitabı və xarici ədəbiyyat oxuyur. O, həmçinin əlavə etdi ki, baş redaktor gənc fəallar – Adnan Hacızadə və Emin Millinin həbs olunma məsələsinə də münasibət bildirib:
  “Qənimət bəy bu hadisəni söz və mətbuat  azadlığına təzyiq kimi qiymətləndirdi və bu hadisənin öz şərlənmə əməliyyatına çox bənzədiyini vurğuladı”.
  Xatırladaq ki, Qənimət Zahid (Zahidov) CM-nin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma) ittiham olunaraq 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə ittiham edilməklə isə 6 ay olmaqla ümumiyyətlə, 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

RATİ-NİN NAXÇIVAN ÜZRƏ İNTERNET SƏHİFƏSİNƏ MƏHDUDİYYƏT QOYULUB

Next Post

HƏBS OLUNMUŞ EMİN MİLLİNİN “FASEBOOK” AKKAUNTU BAĞLANIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.