“NYU YORK TAYMS” AZƏRBAYCANDA SÖZ AZADLIĞI ÜZRƏ MƏHDUDİYYƏTLƏRDƏN SÖZ AÇIB

may 12th, 2009
“Nyu York Tayms” qəzetinin bazar günü nömrəsində Çexoslovakiyanın və Çexiya Respublikasının keçmiş prezidenti Vaclav Havelin “Hökmdarlar üçün Stol” adlı yazısı nəşr edilib.

O, bu yazıda BMT-nin İnsan Haqları Şurasında yerləri doldurmaq prosesindən yazıb və Azərbaycanın adını çəkib.  
Havel məqalədə qeyd edib ki, Azərbaycan və Rusiya Şuraya yenidən seçilmək üçün iştirak etmək niyyətindədirlər, lakin hər iki ölkədə insan haqları üzrə vəziyyət pisdir.  
Havelin yazdığına görə, şura yarananda yalnız “insan haqlarını ən yüksək dərəcədə dəstəkləyən və qoruyan” ölkələr üzv seçilməyə hüquqlu idilər. “İndi isə prinsip öz yerini məqsədəuyğunluğa verib” –  deyə Havel bildirib. “Digər müxtəlif BMT qruplarında hökumətlər siyasi baxışları insan hüquqlarından önə çəkərək, üzvlük üçün səsvermənin sövdələşməsini davam etdirirlər. Azərbaycanın, Çinin, Kubanın, Rusiyanın və Səudiyyə Ərəbistanının vətəndaşları kimi, mən dövlətin ictimai danışıqları nəzarətdə saxlayan, müxalifəti sıxan və ifadə azadlığını məhdudlaşdıran ölkədə yaşamağın nə olduğunu bilirəm.”
Havel qeyd edib ki, Rusiya və Azərbaycandan fəallar beynəlxalq ictimaiyyətə müraciət ünvanlayaraq xahiş ediblər ki, bu ölkələr Şuraya seçilməsinlər.
 
Yazını burada oxumaq olar: