BİR NEÇƏ RADİO KANAL ÜZRƏ APARILAN MONİTORİNQİN NƏTİCƏLƏRİ AÇIQLANIB

Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanin milli tezliyində yayımlanan 12 radio kanalının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərinə əsasən monitorinqlərin keçirilməsi barədə qərar qəbul edib.

Ötən həftədən  başlayaraq “Space”, ”ANS ÇM”, ”Azad Azərbaycan” (106.3) radio kanallarının monitorinqinə başlanılıb və bu proses artıq yekunlaşıb. MTRŞ radio kanallar ilə bağlı aparılan monitorinqlər zamanı reklamla əlaqədar qanun pozuntularına yol verilməsi hallarını aşkarlayıb.
          “Qanuna əsasən, efirdə reklam blokları 15 dəqiqədən bir verilməli olduğu halda, monitorinq zamanı həmin blokların 2-3 dəqiqədən bir yayımlanması halları müşahidə olunub, təbii ki, bu da qanun pozuntusudur”.  Bunu MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya bildirib.
          ”Biz  “Televiziya və radio yayımı haqqında” qanuna uyğun olaraq, yetkinlik yaşına çatmayanların hüquqlarının qorunması ilə bağlı qayda qəbul etmişik. Radio kanallarında bəzən bu qaydaya uyğun olmayan verlişlərə də yer verilir” , – deyə MTRŞ sədri bildirib.

Previous Post

ƏLİ HƏSƏNOV “QARA PİAR” KAMPANİYASININ APARILDIĞINI İNKAR EDİB

Next Post

QƏZETLƏRİN SƏYYAR YAYIMINA QADAĞA QOYULDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.