HÜQUQ MÜDAFİƏÇİSİ HƏYATINA TƏHLÜKƏ OLDUĞUNU BİLDİRİR

           Noyabrın 19-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından deputatlığa namizəd olmuş Vidadi İsgəndərov ona qarşı seçkilərlə bağlı Baş Prokurorluq tərəfindən başlanmış cinayət işinə dair   mətbuat konfransı keçirib.

  Vidadi  İsgəndərovun sözlərinə görə,  onun barəsində Cinayət Məcəlləsinin 159-1.3-cü (Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma) -və 160-cı (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) maddələri üzrə cinayət işi qaldırılıb və  hazırda bu iş üzrə cinayət tərkibi yaradılır. Belə ki, Göyçay rayonunda onun əleyhinə əhalidən  ifadələr alınmağa çalışır. Bununla belə, hüquq müdafiəçisi bildirib ki,  hazırda  ailəsinə və özünə qarşı təzyiqlər davam  etdirilir.

Vidadi İsgəndərov bildirib ki, seçki ərəfəsində 6 dəfə onun həyatına sui-qəsd təşkil olunub.

 

Previous Post

ELAN!

Next Post

JURNALİST ŞAHİD QİSMİNDƏ DİNDİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.