JURNALİST ŞAHİD QİSMİNDƏ DİNDİRİLİB

Noyabrın 19- da Yasamal rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə vətəndaş Şirinova  Solmaz Qədimalı qızının vətəndaş Hüseynov Zakir Qəni oğluna qarşı xüsusi ittiham qaydasında şikayətinə əsasən məhkəmə prosesi keçirilib. Prosesdə xüsusi ittihamçı Şirinova Solmaz və cavabdeh  Hüseynov  Zakir iştirak ediblər.

  Şirinova  Solmaz bildirib ki, “Yeni Müsavat” qəzetinin 16 – 20 aprel 2009-cu il,  18 mart 2010-cu il, 20 mart 2010-cu il və tarixli saylarında gedən məqalələrdə və “İnter plus” qəzetində   cavabdeh Hüseynov Zakir onun şərəf və ləyaqətini alçaldan  ifadələrə yol verərək,  ona şər və böhtan atmışdır.

Məhkəmədə şahid qismində ifadə verən sözügedən məqalələrin müəllifi, “Yeni Müsavat” qəzetinin müxbiri Elşən Qədimov (Balaxanlı) bildirib ki, Hüseynov  Zakir redaksiyaya şikayət məktubu yazaraq,  atası  Qəni Hüseynovla ailəli olmuş Şirinova  Solmazın atasının ölümündən sonra onun mülkiyyətində olan bağ evindən qanunsuz olaraq istifadə etməsini bildirib

“Bir jurnalist kimi redaksiyamıza daxil olan hər hansı ərizəyə əsasən məlumat hazırlayanda, qarşı tərəfin də mövqeyini öyrənirəm. Mən bununla əlaqədar  Solmaz xanıma dəfələrlə zəng etsəm də, o müxtəlif bəhanələr gətirərək, redaksiyaya gəlməkdən boyun qaçırıb. Mən də ərizəçinin redaksiya təqdim etdiyi sənədlərin əsasında o məqalələri yazmışam”, – deyə Elşən Qədimov qeyd edib.

Hakim Abbas  Rzayev tərəflərin çıxışa hazırlaşması və  qərarı elan etmək üçün prosesi 6 dekabr saat 09:30-a təyin edib.

Xatırladaq ki, vətəndaş Şirinova Solmaz  vətəndaş Hüseynov Zakirin şikayət ərizəsinə əsasən  “Yeni Müsavat” qəzetinin 18. 03. 2010-cu il tarixli sayında dərc olunmuş  yazılarda “Həkim Qəninin mülkiyyəti uğrunda dava”, 21. 01. 2009-cu il tarixli sayında “Apellyasiya Məhkəməsinin hakimi qazı rolunda” və “İnter plus” qəzetinin 16-20 aprel 2009-cu il tarixli saylarında “Apellyasiya Məhkəməsi də şəriət qanunlarına “hə” dedi” və s. məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını və haqqında təhqiramiz ifadələrin işlədildiyini bildirərək, Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun CM-nin 147 və 148-ci maddələrinə əsasən cəzalandırılmasını istəmişdir.

 

Previous Post

HÜQUQ MÜDAFİƏÇİSİ HƏYATINA TƏHLÜKƏ OLDUĞUNU BİLDİRİR

Next Post

VƏKİLİ EYNULLA FƏTULLAYEVİN GİROV MÜQABİLİNDƏ AZAD EDİLMƏSİNƏ DAİR VƏSADƏT VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.