MEDİA PROBLEMLƏRİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (12 dekabr)  “Hyatt Regency” hotelinin Bakı konfrans zalında “Media hüquqlarının müdafiəsi: beynalxalq standartlar və onların Azərbaycanda tətbiqi” mövzusunda dəyirmi masa  keçirildi.

Dəyirmi masanın moderatoru Avropa Birliyinin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsinin Siyasi Məsələlər üzrə Müşaviri xanım Kler Delessar idi.
Dəyirmi masanın işində iştirak edən  “Media Hüququ İnstitutu”nun direktoru Rəşid Hacılı  söz azadlığı, difamasiya və həbs olunan jurnalistlərlə bağlı məsələlərə dair məruzəsini  açıqladı. Dəyirmi masada iştirak edən İREX Təşkilatının hüquqşünası Ələsgər Məmmədli isə çıxışında Azərbaycanda yayımlanan xarici radioların yayımının dayandırılacağı ilə bağlı məsələlərə, teleradio məkanında olan boşluqlara və ikili standartlara  toxundu. Tədbirdə həmçinin  media və söz azadlığı, media nümayəndələrinin iştirakı ilə keçirilən məhkəmə dinləmələrinin özəllikləri, televiziya və radiolara verilmiş lisenziyalar məsələsi müzakirə olundu.
Previous Post

Söz azadlığına həsr olunmuş dəyirmi masa

Next Post

ŞƏHİD-REPORTYORUN ANADAN OLMASININ 60-CI İLİ TAMAM OLDU

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.