ŞƏHİD-REPORTYORUN ANADAN OLMASININ 60-CI İLİ TAMAM OLDU

Dünən (11 dekabr) tanınmış reportyor Fərhad Kərimovun anadan olmasının  60-cı ili  tamam oldu (“Yeni Müsavat”).

F.Kərimov 1995-ci il may ayının 21-də Çeçenistanda bir jurnalist kimi xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Reportyor Çeçenistanın Noca-Yurd rayonunun Şuan kəndində dəfn edilmişdi. Yalnız 3 il yarımdan sonra onun nəşi qohumlarının köməyi ilə vətənə gətirilərək, atasının məzarının yanında torpağa tapşırılıb.
Qeyd edək ki, F. Kərimov yalnız Azərbaycanda deyil, Gürcüstanda, Tacikistanda, Çeçenistanda çəkilişlər aparıb. Onun 1995-ci ildə Çeçenistanda apardığı çəkilişlər dünyada ən yaxşı tele  çəkilişi kimi tanınıb və ölümündən sonra da Rori Pek adına mükafata layiq görülüb.
Xatırladaq ki, Kərimov 1948-ci il dekabrın 11-də Moskvada anadan olub. “Molodyoj Azərbaydjana”qəzetində müxbir kimi fəaliyyətə başlayıb. 1991-ci il oktyabrın 1-dən “Turan” İnformasiya Agentliyinin informasiya şöbəsinin redaktoru olub. 1992-ci ildən “Röyter” və “Assoşiayted Press” agentliyi ilə əməkdaşlığa başlayıb.

Previous Post

MEDİA PROBLEMLƏRİ İLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Next Post

XARİCİ RADİOSTANSİYALARIN TALEYİ İLƏ BAĞLI BÜTÜN TƏRƏFLƏRİ RAZI SALACAQ HƏLL YOLU AXTARILIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.