QHT-LƏRLƏ VƏ KİV-LƏ BAĞLI QANUNLARA EDİLMİŞ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (23 fevral) İnsan Hüquqları Evində Qeyri Hökumət Təşkilatları (QHT) və Kütləvi İnformasiya Vasitələri (KİV) ilə bağlı qanuna edilmiş əlavə və dəyişikliklərlə əlaqədar dəyirmi masa keçirilib.

Norveç  İnsan Hüquqları Evinin nümayəndəsi Ane Tusvik Bonde Avropa Şurası Parlament Assambleyasında keçirdikləri görüş zamanı QHT-lərlə və KİV-lərlə bağlı Azərbaycanda yaranmış vəziyyəti müzakirə etdiklərini bildirib.

Polşa Helsinki Assambleyasının rəhbəri Danura Presivara sözügedən qanun dəyişikliklərə qarşı mübarizə aparmağın vacib olduğunu bildirdi.

Assambleyanın digər nümayəndəsi Lenur Kərimov QHT-lərin monitorinqini aparmağı və onların problemlərinin müəyyənləşdirilməsini təklif etdi.

ATƏT-in Bakı ofisinin nümayəndəsi Jaklin Karpenter isə Azərbaycanın adıçəkilən təşkilata qəbul edilərkən öhdəliklər götürdüyünü xatırladaraq, KİV-lərlə bağlı qəbul edilmiş əlavə və dəyişikliklərin bu öhdəlikləri pozduğunu bildirdi. O, dəyişikliklərin jurnalistlərin informasiya almasını və bu informasiyanı işıqlandırmasını məhdudlaşdıracağını bildirdi.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı QHT-lərlə  bağlı qanunda tənzimləmələrin olmadığını və  buna görə də qrantların qeydiyyatı zamanı  problemlər yaranacağını bildirdi. O həmçinin hakimiyyətin bu yolla qrantlara nəzarət etmək istədiyini qeyd etdi.

Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev müstəqil QHT-lərin çıxılmaz vəziyyətə düşdüyünü və beynəlxalq təşkilatların bu sahədə heç bir iş görə  bilmədiklərini bildirdi.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov isə QHT-lərin qeydiyyatı ilə bağlı problemə toxunub və bildirib ki, yerli məhkəmələr bununla bağlı Avropa Məhkəməsinin presedentlərinə əməl etmirlər.

Tədbirdə  Hüquq Müdafiəçilərinin Cənubi Qafqaz Şəbəkəsinə daxil olan təşkilatlarla yanaşı, regionlar fəaliyyət göstərən QHT nümayəndələri də iştirak edirdilər.

Xatırladaq ki, Prezident İlham Əliyev 25 dekabr 2009-cu ildə “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2009-cu il 30 iyun tarixli 842-IIIQD nömrəli Qanunun tətbiqi ilə əlaqədar bəzi fərmanlara məhdudlaşdırıcı dəyişikliklər və əlavələr edilməsi barədə fərman imzalayıb.

Qeyd edək ki,  fevralın 12-də Milli Məclisin iclasında “Mətbuat azadlığı haqqında”, , “Kütləvi informasiya vasitələri haqqında” və “İnformasiya əldə etmək haqqında” qanunlara aşağıdakı mürtəce əlavə və dəyişikliklər qəbul olunub:

 
“Əməliyyat-axtarış tədbirləri keçirilən hallar istisna olmaqla, digər hallarda şəxsin onun xəbəri olmadan və etirazına baxmayaraq izlənilməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə kütləvi informasiya vasitələrinin nümayəndələri və digər şəxslər tərəfindən məruz qalması qanunvericilikdə müəyyən olunan məsuliyyətə səbəb olur”.
Previous Post

RATİ ELMAR HÜSEYNOVA ABİDƏ QOYULMASI ÜÇÜN NÖVBƏTİ DƏFƏ PREZİDENTƏ MÜRACİƏT EDİB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.