RATİ ELMAR HÜSEYNOVA ABİDƏ QOYULMASI ÜÇÜN NÖVBƏTİ DƏFƏ PREZİDENTƏ MÜRACİƏT EDİB

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) “Monitor”  jurnalının baş redaktoru Elmar Hüseynova abidə ucaldılması  üçün növbəti dəfə Azərbaycan Respublikasının  prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə dəfələrlə bu barədə edilmiş müraciətlərin nəticəsiz qaldığı prezidentin diqqətinə çatdırılıb və Elmar Hüseynovun qətlinin 5-ci ildönümü ərəfəsində abidə qoyulması üçün yer ayrılmasına göstəriş verilməsi xahiş olunub. Həmçinin ayrılacaq ərazidə gələcəkdə digər şəhid olmuş jurnalistlərə də abidə ucaldılmasını təklif edilir. Heykəlin ucaldılması üçün lazım olan maliyyə vəsatətinin jurnalistlər tərəfindən təmin ediləcəyi də müraciətdə əksini tapıb.
 
Qeyd edək ki, martın 2-də saat 11.00-dan 13.00-dək RATİ-nin mətbuat mərkəzində “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin 5-ci ildönümü ilə bağlı Dəyirmi Masa keçiriləcək və tədbirdən sonra Elmar Hüseynovun məzarı ziyarət olunacaq.

Xatırladaq ki,  2005-ci ilin mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölüm faktı ilə bağlı cinayət işi açılsa da, hələ də cinayətin üstü açılmamış, qətlin sifarişçiləri və icraçıları tapılmamışdır.

Previous Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Next Post

QHT-LƏRLƏ VƏ KİV-LƏ BAĞLI QANUNLARA EDİLMİŞ ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRLƏ BAĞLI DƏYİRMİ MASA KEÇİRİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.