MƏTBUAT ŞURASINDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (09 aprel) Mətbuat Şurasında (MŞ) “Çap KİV-nin yayımı: vəziyyət və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirdə çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, hər gün ölkədə 850 min tirajla 320 qəzet buraxılır. O qeyd edib ki, Azərbaycanda nəşr edilən qəzetlərin təxminən yarısı (40-45%) əyləncəli, 40%-i ictimai-siyasi, qalanları sahə qəzetidir. O əlavə edib ki, deyə Amaşov jurnalistlərə bildirdi. bu nəşrlərin 70%-dən çoxu minimal oxucu auditoriyasının diqqətini cəlb etmir.
“Azərbaycan Mətbuat Yayımı» dövlət firmasının təmsilçisi isə bildirib ki, köşklərə daxil olan 210 adda qəzetin cəmi 26%-i satılır.
Çıxış edən digər tədbir iştirakçıları da mətbuat yayımı işinin qeyri-qənaətbəxş olduğunu bildiriblər. Redaktorlar mətbuat yayan firmaların qiymət siyasətinə kəskin münasibət bildirərək, vurğulayıblar ki, zəif reklam şəraitində qəzetlərin gəlirinin 35-40%-i almaq soyğunçuluqdur. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov Bakı şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin mərkəzindən 30 köşkü yığışdıraraq, kənar yerlərə köçürdüyünü deyərək, bunu mənfi hal kimi qiymətləndirib.

Previous Post

ATƏT-in Bakı ofisi siyasi partiyalar və vətəndaş cəmiyyəti ilə müzakirə təşkil edib

Next Post

ALİ MƏHKƏMƏ “GÜNDƏLİK BAKI” QƏZETİNİN XEYRİNƏ QƏRAR ÇIXARIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.