Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (09 aprel) “Gündəlik Bakı” qəzetinin şef-redaktoru Ədil Hüseynli məlumat verib.
Onun sözlərinə görə, dünən (8 aprel) Ali Məhkəmədən redaksiyaya daxil olan məktubda “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalovun iddiasının əsassız hesab olunmasına dair qərar öz əksini tapıb.
Xatırladaq ki, “Hacı Mazan” MMC-nin təsisçisi Ramazan Zeynalov "Gündəlik Bakı" qəzetinin 14 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu" və 22 yanvar 2009-cu il tarixli sayında dərc olunmuş "Cənubdakı Narkotik Marşurutu-2" başlıqlı məqalələrdə şərəf və ləyaqətinin alçaldıldığını iddia edərək, Yasamal rayon Məhkəməsinə müraciət etmişdi. Həm Yasamal rayon Məhkəməsi, həm də, Bakı Apellyasiya məhkəməsi iddianı təmin etmədiyinə görə, iddiaçı Ali Məhkəməyə kassasiya şikayəti vermişdi.