JURNALİSTLƏRİNİN TƏHLÜKƏSİZLİYİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ MÖVZUSUNDA DƏYİRMİ MASADA JURNALİSTLƏRƏ “PRESS

Bu gün “Park İnn” hoteldə İnternational Media Support təşkilatı tərəfindən maliyyələşdirilən və RATİ tərəfindən icra edilən “Azərbaycan jurnalistlərinin təhlükəsizliyinin təkmilləşdirilməsi”    layihəsi çərçivəsində dəyirmi masa keçiridldi.

RATİ sədri Emin Hüseynovun təklifi ilə tədbirin  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 7-ci ildönümünə təsadüf etdiyi üçün mərhum jurnalistin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə işinə başlandı.

Daha sonra tədbirin aparıcısı, İnternational Media Support təşkilatının Azərbaycandakı nümayəndəsi Gülnarə Axundova çıxış üçün sözü jurnalist Xədicə İsmayılovaya verdi.

Xədicə İsmaylova E.Hüseynovun qətlinin 6-cı il dönümündən sonrakı ilin də media üçün ağır keçdiyini dedi: “Ötən il bir jurnalist – Eynulla Fətullayev həbsdən azad edilsə, 5 nəfər media nümayəndəsi həbsə atılıb.  Bunlar – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Xural” qəzetinin bölgə müxbiri Aydın Caniyev, islamazeri.az internet saytının baş redaktoru Ramin Bayramov, İranın “Səhər ” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı və İranın “Səhər” telekanalının Azərbaycandakı nümayəndəliyinin sürücüsü Ramin Dadaşovdur”.

X.İsmayılova ötən il ərzində çoxsaylı jurnalistin fiziki və mənəvi təzyiqlərə də məruz qaldığını, habelə Azərbaycan mediasının daha bir jurnalisti itirdiyini dedi. O çıxışında    yazıçı-publisist Rafiq Tağının qətlə yetirilməsini xüsusi vurğulayaraq tədbir iştirakçılarından onun da xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi və R.Tağının da xatirəsi sükutla yad edildi.     

İREX-in media üzrə hüquqşünası Ələsgər Məmmədli isə ümumiyyətlə son illərin jurnalistlər üçün ağır keçdiyini dedi. Həm də o bu məsələdə hakimiyyəti günahlandırdı: “Rəsmi statistikaya əsasən Azərbaycanda cinayətlərin 90-95 faizi açılır. Amma jurnalistlərə qarşı jurnalistlərin cəmi 3-5 faizi açılır. Eyni zamanda son 7 il ərzində jurnalistlərə qarşı 300-dən çox məhkəmə çəkişməsi olub”.

Habelə Ə.Məmmədli bildirdi ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar qarşısında jurnalist təhlükəsizliyinə dair öhdəlik götürüb və bu səbəbdən də jurnalistlərin fiziki toxunulmazlığına təminat verməlidir.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev isə Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə jurnalistlərə qarşı olan təzyiqlər və qəsdləri araşdıran pereventiv təhqiqat barədə məlumat verdi. O Ə.Zeynallının həbsini və R.Tağının qətlini ayrı-ayrı pereventuv ictimai təhqiqat qruplarının araşdırdığını və araşdırmalarla bağlı müvafiq hesabatlar hazırlanaraq ictimaiyyətə təqdim edildiyini dedi.

RATİ sədri Emin Hüseynov isə sədri olduğu təşkilatın jurnalist təhlükəsizliyinə töhvə vermək üçün jurnalistlər üçün qısa üç və ya dörd rəqəmli pulsuz qaynar xətt açmaq istədiklərini, amma süni maneələrə görə bu işin sona çatdırılmağın hələ ki, mümkün olmadığını dedi: “Hətta ayaqqabı satan dükan qısa üç rəqəmli telefon xətti istifadə edə bilir, amma bizə bu xətti müxtəlif bəhanələrlə vermirlər”

Buna baxmayaraq RATİ sədri mübarizəni məhkəmə müstəvisində davam edəcəklərini bildirdi.

Daha sonra tədbirdə  RATİ həm yay, həm də qış mövsümü üçün nəzərdə tutulan 150 (75 yay, 75 qış) jurnalist gödəkcələrinin təqdimatını keçirib və həmin gödəkcələrdən tədbirdə iştirak edən reportyorlara təqdim edilib. E.Hüseynov bildirib ki, bu gödəkcələrin də üstünə jurnalistlər üçün nəzərdə tutula üç və ya dörd rəqəmli qaynar xəttin də əks etdirilməsi nəzərdə tutulubmuş. Habelə gödəkcələr  əksedici və fosfordan istifadə edilməklə hazırlandığı üçün üzərlərindəki “press”  sözü də qaranlıqda da əks olunur.

Daha sonra tədbirdə jurnalistlərdən İdrak Abbasov, Rahim Hacıyev, Xalid Bahdır və digərləri çıxış edərək mövzu ətrafında fikir bildiriblər.

Previous Post

İƏT ÖLKƏLƏRİ XARİCİ SİYASİ MODELLƏR HAZIRLAYIR

Next Post

QƏTLİNİN NÖVBƏTİ İLDÖNÜMÜNDƏ ELMAR HÜSEYNOVUN MƏZARI ZİYARƏT EDİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.