“AZƏRBAYCANDA MÜSTƏQİL TİBBİ EKSPERTİZA LAZIMDIRMI?” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB

Bu gün (26 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Azadlığın və Sülhün Müdafiəsi” Beynəlxalq Hüquq Təşkilatının təşkilatçılığı  ilə “Azərbaycanda müstəqil tibbi ekspertiza lazımdırmı?” mövzusunda dəyirmi masa keçirilib.

 Tədbiri giriş sözü ilə açan  Azadlığın və  Sülhün Müdafiəsi (ASM) Beynəlxalq Hüquq Təşkilatının sədri Mətləb Mütəllimli Azərbaycan Respublikasında  müstəqil ekspertizanın olmamasından təəssüfləndiyini ifadə etdi. O bildirdi ki, əsas qanun pozuntusu dövlət inhisarında olan ekspertlər tərəfindən qeydə alınır və bu sahədə müstəqil ekspertizanın olmaması vətəndaşlarda  onların qeyri-obyetiv olması qənaətini yaradır. M.Mütəllimli ən böyük insan hüququnun pozulmasının ekspertiza rəyinin düzgün verilməməsində gördüyünü və buna misal olaraq,  dekabr ayında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin qanında narkotik tapılması barədə işi xatırlatdı və bu işlə bağlı ekspert rəyində qeyri-obyektivliyin olduğunu nəzərə çatdırdı.

Daha sonra çıxış edən müstəqil ekspertlər Namizəd Səfərov, İlqar Altay və  vəkil Bayram Sadıqov çıxışlarında müstəqil ekspertiza institutunun yaradılmasının vacibliyini və bu məsələnin qanunvericilik formasında təsbit olunmalı olduğunu bildirdilər. Çıxışçılar həmçinin  hər hansı cinayət xarakterli işdə ekspert rəyinin fakt kimi nəzərə alındığını deyərək, ekspert rəyinin cəmiyyət və jurnalistlərə açıq olması üçün müstəqil ekspertizanın aparılmasının vacibliyini vurğuladılar.

Previous Post

EYNULLA FƏTULLAYEVİN MƏHKƏMƏSİ

Next Post

EYNULLA FƏTULLAYEV MƏHKƏMƏDƏ İFADƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.