RÖVŞƏN KƏBİRLİNİN KİTABI İŞIQ ÜZÜ GÖRÜB

"Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirlinin, onun məhbəs həyatından bəhs edən "Bayırdan Bayıla səyahət" adlı kitabı işıq üzü görüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) baş redaktorun verib. R. Kəbirlinin bildirdiyinə görə, kitabda onun həbsdə keçirdiyi 7 ay 15 gün ərzində gündəliyində qeydə aldığı və şahidi olduğu maraqlı hadisələr, məhbuslarla rəftar, penitensiyar sahəyə aid yerli və beynəlxalq qanunların müqayisəli şərhi və s. kimi məsələlər öz əksini tapıb.
Qeyd edək ki, kitabın içindəki yazıları ilk dəfə "Yeni Müsavat" qəzetində məqalə şəklində dərc olunub və bu yazılar 2008-ci ildə "Media açarı" müsabiqəsində ən yaxşı jurnalist tədqiqatı mükafatına layiq görülüb.
R.Kəbirli bildirdi ki, kitab yaxın günlərdə satışa çıxarılacaq.
Previous Post

AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARLA BAĞLI MƏRUZƏÇİ TƏYİN EDİLDİ

Next Post

AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.