AİLƏSİ QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Mart ayının 22-i Ayəndə Mürsəliyeva övladları ilə birgə 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) görüşüb.

Bu barədə bu gün (26 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən A. Mürsəliyeva, baş redaktorun saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti olmadığını bildirib.  Onun sözlərinə görə, baş redaktor ingilis dilində mütaliəsini davam etdirir.
A. Mürsəliyeva bildirib ki, Q. Zahid amnistiyaya düşən qardaşı, “Azadlıq” qəzetinin satirik yazarı Mirzə Sakitin (Zahidov) hələ də azadlığa buraxılmamasına təəccübləndiyini deyib. Qardaşı M. Sakitin amnistiyadan imtina etməsini isə Q. Zahid təqdir edib. Belə ki, bu amnistiyanı aktını qeyri-ciddi və əhatəsi geniş olmayan amnistiya adlandıran Q. Zahid, amnistiyaya cəza müddəti az qalmış məhbusların avtomatik olaraq düşməli və  onların dərhal da azadlığa buraxılmalı olduğunu deyib.
Mart ayının 30-da baş redaktorla yenidən görüşəcəyini deyən A. Mürsəliyeva, həmçinin Q.Zahidə Azərbaycana siyasi məhbuslarla bağlı xüsusi məruzəçinin təyin edilməsini xəbərinə deyəcəyini qeyd edib.
 Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

RÖVŞƏN KƏBİRLİNİN KİTABI İŞIQ ÜZÜ GÖRÜB

Next Post

HƏYAT YOLDAŞI MİRZƏ SAKİTLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.