RUSLAN BƏŞİRLİNİN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

 
Bu gün  (18 avqust) 1 saylı cəzaçəkmə müəssisəsində hakim Rafael Əliyevin sədrliyi ilə “Yeni Fikir”Gənclər Hərəkatının sədri Ruslan Bəşirlinin  vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə əsasən keçirilməli olan  məhkəmə prosesi təxirə salınıb.

 

Bakı şəhər Nizami rayon Məhkəməsindən  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verilən məlumata görə, dövlət ittihamçısı məhkəməyə hazır olmadığını əsas gətirərək, prosesin təxirə salınması  barədə vəsatət qaldırıb və hakim R. Əliyev prosesi 22 avqust saat 15:00 -a təyin edib.

 Xatırladaq ki, “Yeni Fikir” Gənclər Hərəkatının sədri Ruslan Bəşirli  2005-ci ilin 18 may tarixində  parlament seçkiləri  ərəfəsində həbs edilib. 2006-cı ilin iyulun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Ruslan Bəşirlini Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə) ilə təqsirli bilərək  7 il müddətinə azadlıqdan məhrum edib. “Yeni Fikir” Gənclər Təşkilatı sədrinin  2005-ci ilin parlament seçkiləri ərəfəsində Müsavat, AXCP, ADP-nin yaratdığı “ Azadlıq”  seçki blokunun mitinqlərində nümayiş etdirdiyi fəallığına görə şərlənərək həbs edilib.

 

Previous Post

BAYIL YENƏ SÜRÜŞDÜ

Next Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTU VƏ İNSAN HÜQUQLARI KLUBUNUN BİRGƏ BƏYANATI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.