MİRZƏ SAKİT ACLIQ AKSİYASINI DAVAM ETDİRİR

Satirik şair Mirzə Sakit yanvarın 16-da başladığı aclıq aksiyasını Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında davam etdirir.

Mirzə Sakit bu gün (18 yanvar) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna müsahibəsində bildirib ki, evdə aclıq aksiyası keçirmək mümkün olmayıb. “Mənə görə ailə üzvlərim də yemək yeyə bilmədikləri üçün dünəndən etibarən aclıq aksiyasını ADP-nin qərargahında davam etdirirəm” – deyən Mirzə Sakit əlavə etdi ki, taqəti çatanadək aksiyanı davam etdirəcək.

Xatırladaq ki, yanvarın 11-də təqdim etdiyi şeiri  “Azadlıq” qəzetində çap olunmadığına görə M.Sakit yanvarın 14-də aclıq aksiyasına başlayıb. “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov təhqiredici ifadələr olduğuna görə şeirin çap olunmadığını bildirib. M.Sakit isə bildirir ki, şeirdə diktatura rejimləri sərt tənqid olunsa da, orda təhqiredici ifadələr yoxdur.

Qeyd edək ki, “Azadlıq” qəzeti 1989-cu ildən çıxır və gündəlik qəzet kimi fəaliyyət göstərir.

 
Previous Post

“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORUNUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.